AZ

Alman futbolunun əfsanəvi futbolçusu vəfat edib

1990-cı ildə Almaniya millisinin heyətində dünya çempionu olmuş Frank Mill 67 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidməti məlumat yayıb.

Frank Mill peşəkar futbol karyerasına doğulduğu Essen şəhərində başlayıb. O, "Ayntraxt" və "Rot-Vayss Ess" klublarının yetirməsi olub. Sonradan "Rot-Vayss Ess"in əsas komandasında çıxış edən futbolçu daha sonra Bundesliqanın tanınmış klublarından olan "Borussiya" Mönhenqladbax və "Borussiya" Dortmundda forma geyinib. Mill karyerasını "Fortuna" Düsseldorf klubunda başa vurub.

Təcrübəli hücumçu klub səviyyəsində bir dəfə Almaniya Kubokunu qazanıb. Millinin heyətində isə ən böyük nailiyyətini 1990-cı ildə dünya çempionatının qalibi olmaqla əldə edib. Həmin final matçında Qərbi Almaniya millisi Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq çempion adını qazanmışdı.

Seçilən
104
90deqiqe.az

1Mənbələr