AZ

Xətaidə pilləkənlər sakinlərə problemlər yaradırVİDEO

Bu pilləkən sakinlər üçün bir neçə binanı əsas yola birləşdirir... Lakin o qədər təhlükəli vəziyyətdədir ki, bədbəxt hadisələrin yaşanması qaçılmazdır...

Xezerxeber.az xəbər verir ki, Xətai rayonu, gəncə prospektində yerləşən pilləkən uçma təhlükəsi ilə qarşı-qarşıyadır. Ən təhlükəsi isə odur ki, bu pillələrdən hər gün həyətdəki uşaq bağçasına körpələrini gətirib aparan valideynlər daha çox istifadə edir.

Bu pilləkəndən istifadə  etsələrdə qorxurlar, ehtiyat edirlər  hər  dəfə enib qalxakən.

Onlar deyir ki, uşağmızın zərər görməyindən, yıxılıb zədə almağından narahatıq.

Onlarla bina sakininin hər səhər axşam yolu bu pilləkənlərdən keçir. Pilləkənlər isə uçub dağılır.

Pillələrdən zərər çəkən sakinlər deyir ki, hamımız xəstəxanalıq olmadan bir əlac eləmək lazımdır.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən bildirildi ki, o ərazidəki tikililər köhnə binalar olduğuna görə, müəyyən zaman kəsiyində orada baş verən sürüşmələrdən, eləcə də başqa səbəblərdən ordakı pilləkənlər tamamilə yararsız hala düşmüşdü.

Müvafiq qurum tərəfindən Gəncə prospektində pilləkənlərin çoxu təmir edildi, sözügedən ərazidə isə təmir dayandırılıb. Bərkitmə işləri yekunlaşandan sonra, yaxın günlərdə məsələ öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr