AZ

Tehranın İraqdakı “tam nəzarət” modeli sarsılır

BAKI, TurkicWorld

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan komissiyanın ilk iclası sona çatıb.

TurkicWorld xəbər verir ki, ilk iclas yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 12:40) başlayıb və 8 saat davam edib.

Komissiyanın adı “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” olaraq müəyyənləşdirilib.

Komissiyanın növbəti iclasının isə cümə günü Bakı vaxtı ilə saat 15:00-da keçiriləcəyi bildirilib.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Seçilən
10
turkic.world

1Mənbələr