AZ

"Real"da yeni "9 nömrə" o olacaq

"Real" klubu Kilian Mbappeyə 10 nömrəli forma verildikdən sonra boş qalan 9 nömrənin yeni sahibini müəyyən edib.

90deqiqe.Az xəbər verir ki, 9 nömrəli formanı hücumçu Qonsalo Qarsiya daşıyacaq.

Klubun sabiq futbolçusu və hazırkı məşqçi Xabi Alonso 21 yaşlı Qonsaloda böyük potensial görür və onun 2025/2026 mövsümündə əsas komandada çıxış etməsini qərara alıb. Qonsalo əvvəllər "Real"ın ehtiyat komandasının şərəfini qoruyurdu.

Qeyd edək ki, Qonsalo Qarsiya özünü ciddi şəkildə Kлубlararası dünya çempionatında tanıdıb. ABŞ-da keçirilən turnirdə hücumçu 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
4
90deqiqe.az

1Mənbələr