AZ

“Düşünürəm ki, səfərdə qol vuracağıq” – “Qarabağ” hücum etsin, yoxsa müdafiə olunsun?

Bu gün saat 22.00-da “Qarabağ” səfərdə “Şkendiya” ilə qarşılaşacaq.

“Qarabağ” dərhal təşəbbüsü ələ alıb cütün taleyini səfərdə həll etməyə çalışsın, yoxsa daha çox müdafiə olunmaqla hər şeyi Bakıdakı oyuna saxlasın?

Bu sualın cavabını təcrübəli mütəxəssis Aslan Kərimovdan soruşduq:
“Hesab edirəm ki, bu səviyyədə oynayan komandalar öz oyun üslubundan dönmürlər. Üslubun içində xırda detallar var ki, o detallara bir az çəki-düzən vermək lazım gəlir. Düşünürəm ki, “Qarabağ” da belə klublardandı. Səfərdə oynamasına baxmayaraq, yenə də dominant oynamaq məcburiyyətindədi. Topa sahib olmaq, ona nəzarət etmək lazımdı. Yalnız belədə oyunun axarına nəzarət etmək mümkündü. Rəqibin də bəzi üstün tərəfləri var. Mənə elə gəlir ki, bugünkü oyunda da, Bakıdakı oyunda da biz topa daha çox nəzarət etməliyik. Amma istər-istəməz rəqibin əks-hücumlarında diqqətli olmalıyıq. Ordan yaxşı nəticə ilə qayıda bilərik. Düşünürəm ki, səfərdə qol vuracağıq. Çünki “Qarabağ”ın beləpotensiyalı var. Sadəcə, FCSB bizim üçün yaxşı nümunədi. Çünki FCSB aşağı-yuxarı “Qarabağ” səviyyəsində olan komandadı. Rumıniya klubu göstərdi ki, cüzi konsentrasiya pozğunluğu, yaxud bir az boşluq verirsənsə, rəqib səni dərhal cəzalandıra bilər. İki oyunun ikisində də dominantlıq edən FCSB-yə rəqib 3 qol vurmağı bacardı. Bu, “Qarabağ” üçünnümunədi. “Qarabağ”ı ayıltdı ki, belə oyunlarda boşluq vermək olmaz. İşin bir qədər təhlükəli tərəfi “Qarabağ”ın hələ optimal formadan uzaq olması, bəzi oyunçuların hələ uyğunlaşma dönəmi yaşamasıdı. Belə məqamlar yunumuza təsir edə bilər. Amma ümumilikdə düşünürəm ki, ordan yaxşı nəticə ilə qayıda biləcəyik. Yaxşı nəticə ilə qayıdacağımız halda Bakıda işimiz çox asan olacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
3
1
football-plus.az

2Mənbələr