“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, serbiyalı forvardın adı “qırmızı şeytanlar”ın transfer siyahısına daxil edilib. Hazırda “Mançester Yunayted” Benyamin Şeşko üçün “Nyukasl”la mübarizə aparır. Əgər sloveniyalı futbolçunu almaq mümkün olmazsa, klub diqqətini 25 yaşlı hücumçusuna yönəldəcək.
Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, Turin klubunda 145 matçda 58 qol vurub və 14 məhsuldar ötürmə edib.