525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşmək üzrədir.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya Premyer Liqasında çıxış edən "Axmat"la müqavilə bağlayacaq. Bu barədə Qroznı klubunun prezidenti Axmed Aydamirov açıqlama verib.
Aydamirov Çerçesovla danışdığını, ona uzun müddətli müqavilə təklif etdiyini və razılaşdıqlarını bildirib: "Axşam görüşümüz olacaq və detalları müzakirə edəcəyik".
Qeyd edək ki, "Axmat"ın baş məşqçisi Aleksandr Storojukla müqaviləyə bu gün qarşılıqlı razılıq əsasında xitam verilib.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.