AZ

Rodriqo "Real"da qalmaq niyyətindədir

“Real”ın hücumçusu Rodriqo ilə bağlı yayılan transfer xəbərləri təkzib olunub.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu artıq baş məşqçi Xabi Alonso ilə görüşüb və hələlik komandanı tərk etmək barədə rəsmi müraciət etməyib.

Əvvəlki məlumatlarda braziliyalının gələcəyi ilə bağlı qərarını Alonso ilə söhbətdən sonra verəcəyi iddia olunurdu. Lakin “Real” klubuna hələ heç bir rəsmi təklif daxil olmayıb və “Tottenhem”in Rodriqonu almaq istədiyi ilə bağlı xəbərlər doğru deyil.

Klub yalnız futbolçu özü ayrılmaq istədiyini açıqladığı halda onun satışını nəzərdən keçirəcək. Transfermarkt portalına görə, Rodrigonun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

Seçilən
5
90deqiqe.az

1Mənbələr