AZ

Yas məclislərinin sadə formada keçirilməsi təşəbbüsü bəzi rayonlarda müsbət qarşılanırVİDEO

Uzun illərdir yas məclisləri vəfat edən üçün deyil, gələnlərə görə təşkil olunurdu. Zəngin mətbəxə çevrilən yas yerlərində yemək bolluğu, israfçılıq və ailəyə düşən ağır xərclər narahatlıq doğururdu. Amma, indi bəzi rayonlarda bu ənənə dəyişdirilir.

Xezerxeber.az xəbər verir ki, bu nümunələrə İsmayıllı rayonu da qoşulub. Burada da ictimaiyyət nümayəndələrinin dəstəyi ilə yeni yanaşma tətbiq olunur. Başqa sözlə, vəfat edən insana ehtiram yeməklə yox, dua və xatirə ilə göstərilir.

Bu təşəbbüs Bərdədə də dəstəklənib. Ziyalılar və ağsaqqallar arasında razılıq əldə olunub. Məclislər sadə və mənəvi ab-havada keçirilir.

Məsələ artıq təkcə yerli təşəbbüs yox, ümumi tendensiya halını alır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesi izləyir və dəstəkləyir. Komitənin mövqeyinə görə, yas mərasimlərinin təşkili ilə bağlı illərlə formalaşmış ənənənin dəyişməsi üçün cəmiyyətdə ümumi razılıq və anlaşma olmalıdır.

Qurum bu istiqamətdə irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirdiyini açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
xezerxeber.az

1Mənbələr