AZ

3 ölkədən Ukraynaya dəstək

Danimarka, Norveç və İsveç NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” adlı yeni mexanizminə qoşulublar. Metbuat.az xəbər verir ki, bu ölkələr proqram çərçivəsində Ukraynaya ABŞ istehsalı olan silah və avadanlıqların tədarükünü əhatə edən 500 milyon dollarlıq paketi maliyyələşdirəcək. Bu barədə NATO bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, yeni mexanizm Ukraynada sülh səylərinin davam etdiyi bir vaxtda Kiyevi mümkün olan ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.

NATO-nun baş katibi Mark Rutte bu qərara görə Danimarka, Norveç və İsveçi təqdir edib. Rutte bəyan edib ki, bu maliyyə Ukraynanın davamlı sülhə nail olmaq cəhdində təcavüzün qarşısını almağa kömək edəcək.

Seçilən
22
1
metbuat.az

2Mənbələr