ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Lion" "Liverpul"un yetirməsi Tayler Mortonu transfer edib.
QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Mersisayd təmsilçisinin yaydığı açıqlamada qeyd olunub ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi 7 yaşından bəri klubun akademiyasından keçərək əsas komandaya qədər yüksəlib və bu müddətdə “qırmızılar”ın heyətində 14 oyunda iştirak edib.
İngiltərə mətbuatında yayılan xəbərlərə əsasən, “Liverpul” bu keçiddən 15 milyon avro gəlir əldə edib. Bundan əlavə, mersisaydlılar Taylerin gələcək transferindən 20 faiz qazanacaq.
Qeyd edək ki, Tayler Morton “Liverpul”un əsas komandasında debütünü 2021-ci ilin sentyabr ayında İngiltərə Liqa Kubokunda “Norviç”ə qarşı oyunda etmişdi (3:0).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.