AZ

Rusiyalı tennisçi WTA-1000 turnirinin finalında

Dünyanın 62-ci raketkasi, rusiyalı tennisçi Kamilla Rəhimova Sinsinnatidə (ABŞ) keçirilən WTA-1000 turnirinin təsnifat mərhələsində finala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, o, yarımfinalda Böyük Britaniya təmsilçisi Codi Börreci (reytinqdə 151-ci) 7:6 (10:8), 6:2 hesabı ilə məğlub edib.

Qarşılaşma 1 saat 57 dəqiqə davam edib.

Kamilla Rəhimova Sinsinnatidə  keçirilən turnirin əsas püşkatma mərasiminə vəsiqə uğrunda kanadalı tennisçi Rebekka Marino ilə (reytinqdə 123-cü yer) mübarizə aparacaq.

Seçilən
4
90deqiqe.az

1Mənbələr