AZ

"Citi" və "Goldman Sachs" Türkiyə ilə bağlı inflyasiya proqnozu verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Citi” və “Goldman Sachs” dünən açıqlanan iyul inflyasiya rəqəmlərini qiymətləndirib.

Banco.azxəbər verir ki,Citi” iqtisadçıları İlker Domaç və Gültekin Işıqların imzasını daşıyan hesabatda iyul ayında inflyasiyanın onların 33,5–34,1% aralığındakı proqnozlarından aşağı, yəni 33,5% səviyyəsində gerçəkləşdiyi qeyd olunub. Hesabatda illik inflyasiyanın 2025-ci ilin sonuna qədər təxminən 30%-ə enəcəyi, lakin risklərin yuxarı yönlü olduğu vurğulanıb.

Qurum ilin sonuna qədər uçot dərəcəsinin 38% səviyyəsində qalacağını proqnozlaşdırıb.

“Goldman” iqtisadçıları Klemens Qrafe və Başak Edizgilin imzasını daşıyan qeyddə bildirilib ki, Türkiyədə başlıq inflyasiya müsbət baza təsirləri ilə, iyun ayındakı 35%-dən iyul ayında 33,5%-ə geriləyib və 34,1%-lik proqnozlardan aşağı reallaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
11
1
banco.az

2Mənbələr