AZ

MLS tarixində transfer rekordu qırılacaq

Cənubi koreyalı hücumçu Hın-Min Son karyerasını ABŞ-da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu yaxın günlərdə “Los-Anceles” klubunun heyətinə qoşulacaq.

 Məlumata görə, Son yaxın zamanda tibbi müayinədən keçəcək və bundan dərhal sonra transfer rəsmiləşdiriləcək.

“Los-Anceles” bu keçid üçün təxminən 27 milyon dollar ödəyəcək ki, bu da MLS tarixində ən bahalı transfer olacaq.

33 yaşlı futbolçu bir neçə gün əvvəl “Tottenhem”lə vidalaşıb. Onun üçün klubdakı son oyun vətəni Cənubi Koreyada “Nyukasl”a qarşı keçirilən yoldaşlıq görüşü olub (1:1).

Qeyd edək ki, Hın-Min Son “Tottenhem”in heyətində 10 mövsüm çıxış edib və bu müddətdə klubun əsas simalarından birinə çevrilib.

Seçilən
68
90deqiqe.az

1Mənbələr