Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, avqustun 4-ü paytaxtın Türkan qəsəbəsində qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 1979-cu il təvəllüdlü Natiq Quliyev bıçaqlanaraq öldürülüb.
Bildirilir ki, hadisə baş verən axşam mərhumun ad günü imiş. Elə mübahisə də ad günü məclisində baş verib.
“Həmin gün mərhumun ad günü imiş. Ad günü məclisində bıçaq təsadüfən onun qarnına girib”, - qonşular qeyd edirlər.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxs, N.Quliyevin arvadı, 39 yaşlı Nərgiz Quliyevadır.
O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ətraflı “Baku TV”nin süjetində:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.