AZ

ABŞ indi də Rusiyanın “kölgə donanması” nı hədəfə alır

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyaları sərtləşdirə bilər. 

“Qafqazinfo”  “Forbes ” -ə istinadən xəbər verir ki, Tramp Administrasiyası Rusiyanın  “kölgə donanması” na qarşı yeni sanksiyaları nəzərdən keçirir. Düşünülür ki, sanksiyaların sərtləşdirilməsi Rusiyadan Baltik dənizi ilə neft daşıyan gəmilərə təsir edəcək.

  “Rusiyanın Baltik dənizi ilə qeyri-qanuni neft daşıyan  “kölgə donanması”   asan təzyiq hədəfi olacaq. Çünki, Rusiyadan qeyri-qanuni neft satışının 70%-i “kölgə donanması”  vasitəsilə həyata keçirilir”, deyə mənbə bildirib.

O da qeyd edilir ki, Putinin  Ukraynaynada atəşkəsə  razılaşmaqdan imtina etməsi ABŞ Prezidenti Donald Trampı daha da qıcıqlandırır. 

ABŞ lideri bu səbəbdən də Qərbin neft ixracına qoyulan məhdudiyyətlərindən yan keçmək üçün Moskvanın istifadə etdiyi “kölgə donanması”nı hədəfə almağı nəzərdə tutur. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
qafqazinfo.az

2Mənbələr