ain.az bildirir, Avtosfer portalına istinadən.
Yeddi yaşlı qız idarə etdiyi avtomobillə piyada və iki maşını vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Belqorod vilayətində baş verib. Məlumata görə, Starıy Oskol şəhərinin Olimpiya mikrorayonunda 56 nömrəli evin həyətində 37 yaşlı sərxoş şəxs 7 yaşlı qızını ona məxsus “Lada Vesta” markalı avtomobilin sükan arxasına əyləşdirib. Azyaşlı qız maşını arxaya hərəkət etdirən zaman 45 yaşlı kişini, daha sonra isə skamya və park edilmiş iki avtomobili vurub.
Hadisə nəticəsində 45 yaşlı zərərçəkmiş xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Sərxoş ata isə 641 manat cərimə olunub.
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.