AZ

Zidan 2026-cı ildən sonra Fransa yığmasına başçılıq edəcək

Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidan yeni iş yeri bəlli olub.

90deqiqe.Az-ın "RMC After Foot"a istinadən yaydığı məlumata görə, təcrübəli çalışdırıcı 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra Fransa milli komandasının sükanı arxasına keçəcək.

“Didye Deşam 2026-cı ildə vəzifəsini tərk edəcək. Bir ildən sonra Zidan gələcək! Bu nə böyük sevincdir, hər şey artıq həll olunub!”, – deyə nəşrin yaydığı məlumatda bildirib.

Xatırladaq ki, Zinəddin Zidan "Real Madrid"i 2016–2018 və 2019–2021-ci illər aralığında iki ayrı dönəmdə çalışdırıb. Onun rəhbərliyi altında “kral klubu” üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, iki dəfə La Liqa və İspaniya Superkubokunu qazanıb.

Seçilən
6
90deqiqe.az

1Mənbələr