AZ

Vəkil: Ermənistanda məhbusların sayı məhkumlardan çoxdur

BAKI, 5 avqust. TELEQRAF

"Ermənistan həbsxanalarında məhbusların sayı məhkumlardan çoxdur, çünki məhkəmələr və istintaq orqanları həbsi əsas qabaqlayıcı tədbir hesab edir".

Teleqraf xəbər verir ki, bu barədə vəkil Marine Farmanyan açıqlama yayıb.

Daha əvvəl Ədliyyə Nazirliyi ölkənin həbsxanalarında 2826 nəfərin olduğunu bildirib: onlardan 1498-i məhbus, 1328-i isə məhkumdur.

Vəkil deyib: "Təbii ki, prokurorluğun adamı həbs edib, sonra sübut toplaması daha asandır. Amma bu, nəticəsiz qalmayacaq - bu gün ittiham olunmadan həbsə alınan vətəndaşlar sonradan məhkəməyə müraciət edir və təzminat istəyirlər. Söhbət milyonlardan gedir".

Ekspert hesab edir ki, insanları bəyanatlarına, tənqidlərinə görə həbs edirlərsə, hüquqi dövlətdən danışmaq olmaz və səlahiyyətli şəxslər hüquqi anarxiyaya görəmütləq cavab verəcəklər.

Seçilən
17
teleqraf.com

1Mənbələr