Qərb ölkələri Ukraynaya hərbi dəstək strategiyasını dəyişərək daha uzunmüddətli və kompleks yanaşmaya keçib. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Məqalədə bildirilir ki, əvvəlki təcili yardım yanaşması artıq daha davamlı və sistemli silah təminatı ilə əvəz olunur. Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini illərlə davam edə biləcək müharibəyə hazırlamaq məqsədilə silah istehsalını genişləndirir və yüksək texnologiyalı sistemlərin tədarükünü artırır.
Əsas dəyişikliklər bunlardır:
Təcili yardımdan uzunmüddətli dəstəyə keçid.
Daha uzaqmənzilli və müasir hücum silahlarının göndərilməsi.
Ukraynaya hədəf seçimi sahəsində daha çox səlahiyyətin verilməsi.Nəşr qeyd edir ki, bu dəyişikliklər Ukraynanın cəbhədə təşəbbüsü ələ almasına və Rusiyanın müdafiə qabiliyyətini zəiflətməsinə xidmət edir.
//Samir Qurbanov, Editor.az