AZ

"Çelsi"nin yeni transferi komandaya qoşuldu

“Çelsi” klubu yay transfer pəncərəsində heyətinə qatdığı Estevao komandaya qoşulub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, "zadəganlar" 18 yaşlı yarımmüdafiəçinin transferini hələ 2024-cü ilin iyun ayında açıqlamışdı. Lakin futbolçu yalnız indi “Çelsi”nin təlim-məşq bazasına gələrək komandaya qoşulub.

Transfermarkt portalının məlumatına görə, London təmsilçisi Estevaoun keçidi üçün Braziliyanın “Palmeyras” klubuna 34 milyon avro ödəyib.

Gənc futbolçu 2023-cü ilin sentyabrında Braziliya milli komandasının heyətində debüt edib və o vaxtdan bəri mütəmadi olaraq “seleçao”ya dəvət alır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk turunda “Çelsi” 17 avqust tarixində öz meydanında “Kristal Pelas”ı qəbul edəcək.

Seçilən
34
90deqiqe.az

1Mənbələr