Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib. İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta