AZ

"Qarabağ" Şimali Makedoniyada minimal hesabla qalib gəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları start götürüb.

90deqiqe.Az-ın məlumatına görə,  bu mərhələdə Azərbaycan çempionu "Qarabağ" səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.

"Todor Proeski" stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 18-ci dəqiqədə Toral Bayramov penaltidən vurub.

Qeyd edək ki, cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.

Seçilən
30
90deqiqe.az

1Mənbələr