AZ

“Qarabağ” “Şkendiya”nı məğlub etdi  – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. 

İdmanxeber.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib.

Toşe Proeskinin adını daşıyan stadionda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib. 

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Toral Bayramov, 18 – pen.

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya 

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Toşe Proeski” stadionu

Seçilən
23
4
idmanxeber.az

10Mənbələr