AZ

Bu aviaşirkət təyyarədə poverbankdan istifadəni qadağan etdi

Türkiyənin “Pegasus” Hava Yolları Şirkəti təyyarədə poverbankdan istifadəni qadağan edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun poverbankdan təyyarədə uçuş zamanı istifadənin yasaqlanması açıqlamasının ardınca “Pegasus” şirkəti belə qərar verib. 

Bir müddət öncə İstanbuldan Seula uçan təyyarədə oturacaqlar arasına düşən poverbanın təhlükəsizlik riski yaratmasından sonra, sərnişinlərə bu cihazların ancaq əl yüklərində daşımalarına icazə verilib.

Lakin onlar uçuş zamanı peverbankdan istifadə edə bilməzlər.

Seçilən
9
2
qafqazinfo.az

3Mənbələr