AZ

Tudor Fabio Mirettinin satışına qarşı çıxıb

“Yuventus”un baş məşqçisi İqor Tudor gənc yarımmüdafiəçi Fabio Mirettinin satışına icazə verməyib.

İdmanxeber.az-ın məlumatına görə, “Napoli” futbolçu ilə maraqlansa da, Tudor onun yay toplanışındakı çıxışından razı qalıb və Mirettini qarşıdakı mövsümdə əsas heyətdə görmək istəyir.

22 yaşlı futbolçu ötən mövsümü “Cenoa”da icarədə keçirib. Onun turinlilərlə müqaviləsi 2028-ci ilə qədərdir.

Seçilən
18
1
idmanxeber.az

2Mənbələr