NATO müttəfiqləri (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə bir milyard dollardan çox vəsait ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən NATO-nun koordinasiyası ilə müttəfiqlərin (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün Amerika silahlarının alınması üçün 1 milyard dollardan çox vəsaitin ayrılmasını alqışlayıram.
Bu dəstək insanların həyatını xilas etmək, Ukraynanın özünü müdafiəsi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün vacibdir", - o bildirib.
Bizim.Media