AZ

Avroliqa: “Makkabi” Maltada əzmkar qələbəyə sevindi

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Maltanın “Hamrun” komandası doğma meydanda Təl-Əviv “Makkabi”si ilə üz-üzə gəlib. İsrail təmsilçisi səfər oyunundan əzmkar qələbə ilə ayrılıb.

Bu mərhələnin qalan oyunları avqustun 5-də və 6-da keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu

5 avqust

Hamrun (Malta) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Qollar: Koffi, 71-pen – Revivo, 79. Madmon, 90+6.

Seçilən
8
arena.az

1Mənbələr