AZ

Azərbaycanda çox sayda hərbçi MİNAYA DÜŞDÜ

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Editor.az  “Unikal”a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcər rayonunda minaya düşən hərbçimizin fotosu yayılıb.

Oxu.Az APA-ya istinadən həmin fotonu təqdim edir:

Kəlbəcər rayonunda 1 nəfər minaya düşüb.

Oxu.Az xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini, 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev minaya düşərək xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
2
editor.az

6Mənbələr