AZ

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 61 mini keçib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail ordusunun hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 87 nəfər ölüb, 644 nəfər yaralanıb.

APA xəbər verir ki, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada həmçinin bildirilib ki, yardım paylama məntəqələrində yardım gözləyən fələstinlilərə qarşı təşkil olunan hücumlar zamanı 1568 nəfər ölüb, 11230 nəfər yaralanıb.

Son 24 saatda daha 8 fələstinli acından ölüb və beləliklə də acından ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 61 020 nəfərə, yaralıların sayının isə 150 671 nəfərə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
apa.az

3Mənbələr