Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Gülbahar Nuhəli qızı Nuri binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.