AZ

Azərbaycan çempionu üçün toy-bayram - VİDEO

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib.

Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.

"Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) 0:1

Qol: Toral Bayramov, 18 - pen.

Seçilən
15
1
sportinfo.az

2Mənbələr