Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir.
Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
“Fənərbaxça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşehir” matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib.
“Fənərbaxça” Çempionlar Liqasında, “Beşiktaş” və “Başakşehir” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.