AZ

ABŞ M777 haubitsalarının Kiyevə satışını təsdiqləyib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Dövlət Departamenti M777 haubitsa artilleriya qurğularının təmiri üçün avadanlıq və xidmətlərin Ukraynaya 104 milyon dollara satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kiyev ABŞ-dan qeyd olunan məbləğə M777 155 mm-lik haubitsaların alışını, təmir xidmətlərini və uzunmüddətli texniki xidmətin alınmasını tələb edib.

Bu müqavilənin əsas podratçısı Böyük Britaniyada yerləşən “BAE Systems” şirkəti olacaq.

Bundan əlavə, Dövlət Departamenti Kiyevə 99,5 milyon dollara yükdaşıma və konsolidasiya xidmətlərinin və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
apa.az

2Mənbələr