BAKI, 6 avqust. TELEQRAF
Bakı Olimpiya Stadionunda (BOS) uzun fasilədən sonra futbol məşqləri keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə arenanın rəsmi səhifəsi məlumat yayıb.
Məlumata görə, UEFA Konfrans Liqasında mübarizə aparan “Araz-Naxçıvan” hazırlığını BOS-un ehtiyat meydançasında keçir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsində Kipr “Omoniya”sı ilə qarşılaşacaq. İlk oyun avqustun 7-si “Dalğa Arena”da, cavab matçı isə avqustun 14-də Nikosiyada keçiriləcək.