AZ

Tramp Rusiya ilə görüşdən sonra tariflə bağlı qərar verəcək

Vaşinqton, 6 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiyada keçiriləcək görüşdən sonra Rusiya neftindən istifadə edən ölkələrə əlavə tariflər tətbiq edib-etməyəcəyini nəzərdən keçirəcək. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Rusiya ilə görüşümüz var. Nə baş verdiyini görəcəyik. Qərarı da o zaman verəcəyik”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Trampın xüsusi elçisi Stiv Vitkofın bu gün Rusiyaya səfəri nəzərdə tutulub.

Tramp daha əvvəl Rusiyadan neft alan ölkələrə rüsumla yanaşı ikinci dərəcəli tarif tətbiq edəcəyini bildirib. Bu isə Çindən və Hindistandan idxal olunan mallar üçün vergilərin məbləğini kəskin şəkildə artıra bilər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
3
5
azertag.az

7Mənbələr