AZ

Arizonada tibbi təyyarə qəza edib, 4 nəfər ölüb

Vaşinqton, 6 avqust , AZƏRTAC

Arizona ştatında tibbi təyyarənin qəzaya uğraması və yanması nəticəsində 4 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, "Beechcraft 300" təyyarəsi Navaxo əyalətindəki Çinle şəhər hava limanına enərkən qəzaya uğrayıb. Navaxo Polis Departamentindən bildirilib ki, təyyarə həmin vaxt yaxınlıqdakı xəstəxanadan bir pasiyenti götürmək üçün yola düşüb. Təyyarədə olan dörd nəfərin hamısı həlak olub. Polisin bildirdiyinə görə, qəzanın səbəbi hələlik məlum deyil.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
4
1
azertag.az

2Mənbələr