Rusiyanın Odessa bölgəsinə endirdiyi zərbələr nəticəsində baş verən böyük yanğın Dunayın Rumıniya sahilindən görünür...
Poliqon xəbər verir ki, bu barədə “Odessa INFO” Telegram kanalı məlumat yayıb.
İzmail rayonunun Orlovka və Novoselskoye qəsəbələri ərazisində alov tüğyan edir. Rumıniyanın Dnepr sahillərində yerləşən İsakça şəhərinin sakinləri yanğının foto və videolarını çəkirlər. Ukrayna ictimaiyyəti baş verənləri cəhənnəm adlandırıb.
Avqustun 6-da Odessa vilayətində hava hücumu sirenləri fonunda silsilə partlayışların baş verdiyi bildirilir.
Bir gün əvvəl Xerson, Odessa və Belqorod-Dnistskidə partlayışlar qeydə alınıb.
Poliqon.info