Kiyevin Şevçenkivski Rayon Məhkəməsində keçmiş LDPR lideri Vladimir Jirinovski və onun tərəfdarlarına qarşı terroru maliyyələşdirmə işi üzrə qiyabi proses keçirilir.
Publika.az xəbər verir ki, növbəti məhkəmə prosesi avqustun 15-nə təyin edilib.
İttihama görə, iş üzrə təqsirləndirilən şəxslər “terror təşkilatlarına dəstək verməkdə iştirak ediblər”.
"İttihamlar Jirinovskinin açıq bəyanatlarına və onun çevrəsinin 2014-2022-ci illərdəki maliyyə əməliyyatlarına əsaslanır", - nəşrin məhkəmə orqanlarındakı mənbəsi izah edib.