AZ

ABŞ-də təyyarə qəzası olub, 4 nəfər ölüb

ABŞ-nin Arizona ştatının Çinl hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə Operativ Media xarici mətbuata istinadən xəbər verir.

"Təxminən saat 12:40 (Bakı vaxtı ilə saat 23:40) radələrində Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb və yanıb. Təyyarənin göyərtəsində dörd nəfər olub, heç biri yerli sakin deyil, onların öldüyü təsdiqlənib", - press-relizdə deyilir.

Nəqliyyatda Milli Təhlükəsizlik Şurası və Federal Aviasiya Administrasiyasının əməkdaşları qəzanı araşdırmaq üçün hadisə yerindədir. Qəzanın səbəbi hələ açıqlanmır.

Seçilən
1
4
operativmedia.az

7Mənbələr