"Ayaks" "Barselona"dan yarımmüdafiəçi Eloy Qomez Sauzu transfer edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
16 yaşlı ispaniyalı Amsterdam klubu ilə 3 illik müqavilə imzalayıb.
"Eloi tipik pleymeykerdir. O, tez-tez hücumların qurulmasında iştirak edir, topla təşəbbüskardır və futbol zəkasını texnika ilə birləşdirərək öndə oynamağı xoşlayır. O, səkkiz yaşından "Barselona"da oynayır və turnirlərdə çox yaxşı çıxış edir . Biz onun buraya tez uyğunlaşacağını gözləyirik", - "Ayaks"ın idman direktoru Marijn Becker transferi şərh edib.
Eloy Qomez İspaniyanın gənclər yığmasında 2 oyun keçirib. 2024-cü ilin sentyabrında İtaliyaya qarşı iki oyunda (4:1, 3:2) meydana çıxıb.