AZ

Hindistanda daşqınlar böyük fəsadlar törətdi – 100-dən çox insan itkin düşdü

BAKI, 6 avqust. TELEQRAF

Hindistanın şimalındakı Uttarakhand əyalətində güclü daşqınlar baş verib.

Teleqraf “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, su və palçıq selləri Himalay dağlarında məşhur turist şəhəri Dharalini xarabalığa çevirib.

Xeyli sayda evlər dağıdıb. Şəhərin küçələri zibillə doludur. Bəzi yerlərdə palçıq evlərin damına çatır.

İlkin məlumata görə, 100-dən çox insan itkin düşüb. Təbii fəlakət qurbanlarının sayının artacağı gözlənilir.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Hindistan ordusunun bölmələri fəlakət baş verən əraziyə daxil olub. Onlar artıq 20-dən çox insanı xilas ediblər.

Seçilən
54
teleqraf.com

1Mənbələr