AZ

ABŞ hakimiyyəti Süleyman Kərimovun yaxtasını hərraca çıxarıb

ABŞ hakimiyyəti müsadirə edilmiş rusiyalı senator Süleyman Kərimova məxsus olduğu iddia edilən Amadea yaxtasını hərraca çıxarıb...

Poliqon bu barədə NBC News nəşrinə istinadən məlumat yayıb.

Yaxta üçün hərrac sentyabrın 10-da keçiriləcək. Hərracın təşkilatçısı Amadeanı Ficidən Kaliforniyanın San Dieqo limanına çatdıran National Maritime Services şirkətidir.

100 metrlik yaxtanın ilkin dəyəri təxminən 325 milyon dollardır. Gəmi üzgüçülük hovuzu, idman zalı və helikopter meydançası ilə təchiz olunub. Yaxtanın kabinələri 16 sərnişin üçün nəzərdə tutulub, ekipajda 36 nəfər var.

Hərracda iştirak etmək istəyənlər 10 milyon dollar depozit qoymalıdırlar.

Poliqon.info 

Seçilən
28
2
poliqon.info

3Mənbələr