AZ

Çin dünyada ilk dəfə beyni simulyasiya edən kompüteri təqdim edib

Zhejiang Universitetinin alimləri neyromorfik arxitekturaya əsaslanan və 2 milyarddan çox süni neyronu olan, “Darvin Meymunu” (çin dilində “Wukun”) adlı unikal beyinə bənzər kompüter hazırlayıb təqdim ediblər.

Operativ Media bu barədə universitetin rəsmi saytına istinadən məlumat yayıb.

Tərtibatçıların fikrincə, bu, beyin prinsipi əsasında qurulmuş dünyada ilk hesablama sistemidir və xüsusi neyromorfik çiplərdən istifadə edir. Kompüterə 960 “Darvin III” prosessoru daxildir ki, onların hər biri canlı orqanizmin sinir fəaliyyətinə bənzər prosesləri imitasiya edir.

"Darvin Meymunu”nda neyronların sayı təxminən makaka beynindəki neyronların sayı ilə eynidir. Bu isə beyinə bənzər süni intellektin inkişafında mühüm addım hesab olunur", – deyə universitet bildirib.

Sistemdən istifadə edən çinli mütəxəssislər artıq nematodlar və danio rerio balıqlarından tutmuş siçanlara və primatlara qədər müxtəlif canlıların beyin fəaliyyətini modelləşdiriblər. Tədqiqatçılar qeyd edirlər ki, bu inkişaf nevrologiyada yeni yanaşmalar üçün perspektivlər açır və bioloji təcrübələrə olan ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.

Seçilən
76
operativmedia.az

1Mənbələr