Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Mançester Yunayted" müdafiəçi Harri Maquayrla müqaviləni uzatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" üç Premyer Liqa və iki A Seriya klubundan Harri Maquayr üçün gələn təklifləri rədd edib.
"Monako", "Olimpik Marsel", "Fənərbağça", "Beşiktaş" və "Qalatasaray" da Maquayrı 2026-cı ildə azad agent kimi almaqda maraqlıdır. Bununla belə, futbolçunun mankunianlılarla müqaviləsinin müddətini uzatması gözlənilir. İngilis futbolçunun hazırkı müqaviləsi gələn mövsümün sonunda qüvvədən düşəcək.
Müdafiəçi ötən mövsüm “Mançester Yunayted”in heyətində 40 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.