AZ

Tramp Vensi mümkün varis adlandırıb

ABŞ Prezidenti Donald Tramp vitse-prezidenti Cey Di Vensin 2028-ci il seçkilərində onun varisi ola biləcəyini bildirib və dövlət katibi Marko Rubionun vitse-prezident postuna namizəd ola biləcəyini istisna etməyib.

“Düşünürəm ki, ən çox ehtimal olunan odur... o, vitse-prezidentdir,” – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib və Vensin MAGA hərəkatının növbəti lideri kimi çıxış edə biləcəyini deyib. O əlavə edib ki, “Rubio, bəlkə də, Cey Di ilə birgə çalışacaq biri ola bilər.”

ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan vermir. Lakin Tramp bir neçə dəfə müəyyən şərtlərlə üçüncü dəfə namizədliyini irəli sürə biləcəyini söyləyib ki, bu da konstitusiya dəyişiklikləri tələb edir.

N.Təbrizli

Seçilən
0
anews.az

1Mənbələr