“Levski”nin sabiq baş məşqçisi Stanislav Gençev Konfrans Liqasında sabah keçiriləcək “Levski” – “Sabah” oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, vaxtilə “Ludoqorets”də hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın köməkçilərindən olan mütəxəssis bunları deyib:
“Dambrauskas çox yaxşı məşqçidir. Ondan inanılmaz dərəcədə çox şey öyrənmişəm. “Sabah”ın əsas üstünlüyü odur. O, oyunçuların keyfiyyətinə önəm verir, rəqibləri yaxşı təhlil edir. Özünün isə hansı sistemi tətbiq edəcəyini bilmək olmur. Onunla çox yaxşı münasibətlərimiz var. Hələ də əlaqə saxlayır, dostluğumuzu qoruyuruq”.
“Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək.