Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə iştirak edəcək. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüş 7–8 avqust tarixlərində Vaşinqtonda keçiriləcək və Cənubi Qafqazda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunacaq.