Hazırkı dövlət başçısı Donald Tramp jurnalistlərlə söhbətində etiraf edib ki, qarşıdan gələn seçkilərdə respublikaçıları böyük ehtimalla ABŞ-nin vitse-prezidenti Cey Di Vens təmsil edəcək.
“Aydındır ki, bu haqda danışmaq hələ tezdir, amma o, əla iş görür və yəqin ki, hazırda favoritdir”, – deyə Tramp söyləyib.
Eyni zamanda, ABŞ lideri əlavə edib ki, o, üçüncü müddətə namizədliyini irəli sürməyəcək. Jurnalistin prezidentliyə namizədliklə bağlı sualına Tramp “Xeyr. Yəqin ki, irəli sürməyəcəm” deyə cavab verib.