“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski” futbolçusu Patrik Misloviçlə yolları ayıracaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Yarımmüdafiəçi baş məşqçi Xulio Velaskesin planlarına daxi deyil.
24 yaşlı futbolçu bu mövsüm 2 oyuna çıxıb.
Sabah keçiriləcək “Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü avqustun 14-də Bakıda oalcaq.